"Beynəlxalq münasibətlər sistemində gərginlik artıb" - Ceyhun Bayramov

"Azərbaycan Respublikası 2022-ci il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, açıq və milli maraqlara söykənən xarici siyasət kursunu uğurla həyata keçirib".

Adalet.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Beynəlxalq münasibətlər sistemində artmış gərginlik və bununla bağlı yaranmış çağırışlar fonunda xarici siyasətimiz beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq dövlətimizin milli maraqlarının təmin olunmasına, Azərbaycanın ərazi bütövlüyünün möhkəmlənməsinə, o cümlədən milli təhlükəsizlik və sosial inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlib”, - deyə nazir bildirib.