“Fahişə belə bu hərəkəti eləməz, amma bizim YDM-lər edir” - Jurnalistdən ETİRAZ

Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı Bakıda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrini sürücüləri aldatmaqda ittiham edib.

Jurnalist bu haqda Facebook sosial şəbəkəsinə haray çəkib:

"Bütün yanacaqdoldurma məntəqələri sürücüləri aldadır, ziyan vurur, amma heç kim cəzalandırılmır. Bu sahə nəzarətsiz qalıb deyəsən. Benzini az vururlar, yanacağa zir-zibil qatıb maşını dağıdırlar. Fahişə belə bu hərəkəti eləməz, amma bizim YDM-lər edir. Hər şeyini pula satanlar hətta adamın üzünə dirənib 55 litr tutumu olan yanacaq çəninə 60 litr soxuşdurub evlərinə çörək aparırlar.

Energetika və İqtisadiyyat nazirlikləri isə şirin yuxuda yatırlar...”.