Filipp Kirkorov Bakı konsertində Azərbaycan mahnısı oxudu - FOTO

Rusiyanın xalq artisti Filipp Kirkorovun Bakı konserti baş tutub.

sabahinfo.Az baku.ws-ə istinadən xəbər verir ki, Crystall Hall-da baş tutan konsert çoxlu maraqlı məqamlarla yadda qalıb. Müğənni səhnədə Azərbaycan mahnısı ifa edərək tamaşaçıların rəğbətini qazanıb.

Filipp Kirkorovun ifa etdiyi mahnı müğənni Eyyub Yaqubovunrepertuarından olan "Yamanca yorulmuşam” bəstəsi olub. Filip Kirkorov mahnını Azərbaycan dilində özünəməxsus şəkildə ifa edib.

Foto: www.1news.az