Gəncə Dövlət Universiteti: “Uğurdan-uğura aparan yol”

"Təhsil millətin gələcəyidir” - deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərmiş,   fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyev yolunun layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olmuşdur. Dövlətimizin başçısı demişdir: "Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”. Möhtərəm Prezidentimizin bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri  bu gün təhsil sahəsində qazanılan  nailiyyətlərin əsas şərtidir.

Ölkəmizdə neft kapitalını intellektual mülkiyyətə yönəltməyi başlıca məqsəd hesab edən cənab  İlham Əliyevin milli təhsilin inkişafına istiqamətlənən strategiyası fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra olunur.  Dövlət başçımızın  24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu yöndə konkret fəaliyyət proqramıdır. Qarşıya qoyulan məqsədin şərəflə reallaşdırılması hər bir təhsil ocağının, müəllimin, valideynin üzərinə düşən vəzifələri doğma Azərbaycanımızın sabahını düşünərək məsuliyyətlə yerinə yetirməsindən çox asılıdr.

Yaxın perspektivdə Azərbaycanda təhsilin inkişafını hədəfə alan yuxarıda adı çəkilən Dövlət Strategiyasında əks olunduğu kimi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində özünün yüksək inkişaf dövrünü yaşayır. Reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaratmışdır. Azərbaycan artıq yeni dövrə – modernləşdirmə dövrünə qədəm qoymuşdur. Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından,  bu yolla davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin  həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir. Güclü və dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəfin gerçəkləşməsi isə xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı vəzifə ilə sıx bağlıdır.

Adı çəkilən sənədin missiyası ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil sahəsində aparılacaq islahatların başlıca istiqamətlərini müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva edir və təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı – "qara qızılı insan qızılına çevirək” fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur. Sənəd təhsil ilə bağlı olan bütün subyektləri və fəaliyyət sahələrini əhatə edir. Bu əhatəlilik, həmçinin Azərbaycanın gələcək inkişafının davamlı xarakter alması üçün peşəkar bilik və bacarıqlara yiyələnən və rəqabətədavamlı insan resurslarının yetişdirilməsi missiyasına xidmət edir, ölkə təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Uğurlu təhsil siyasətininin həyata keçrilməsində Gəncə Dövlət Universitetinin də öz rolu var. Bu Ali təhsil müəssisəsində  rektor professor Yusif Yusibovun rəhbərliyi altında həyata keçirilən bütün işlər həm şəxsi heyyətin həm də tələbələrin ürəyincədir.


Gəncə Dövlət Universitetində təhsil

Uzun illər ərzində akademik ənənələrin formalaşması sayəsində Gəncə Dövlət Universiteti elmi tədqiqatların təşkili və tətbiqi istiqamətində geniş təcrübə qazanmışdır. Universitetdə əsaslı və son elmi nailiyyətləri özndə əks etdirən fondlar toplanmışdır.
Gəncə Dövlət Universiteti təhsilin və elmin yüksəlişi üçün bacarıqlı müəllim heyyəti hazırlamışdır. Humanitar və ictimai elmlər sahəsində, fizika-riyaziyyat, informatika, təbiət elmləri, pedaqogika və psixologiya, musiqi, təsviri incəsənət və s. istiqamətlərdə bakalavr, magistr, aspirant və doktorant təhsilini təşkil edir. Bakalavr təhsili 4 il davam edir və bakalavr dərəcəsi verilir. Magistr dərəcəsi 2 il davam edir və sonda magistr dərəcəsi verilir. Xüsusi professional tədqiqatlar tələbələrə yüksək səviyyəli kadrlar kimi yetişməyə imkanlar yaradır.

Məqsəd və gələcəyə baxış
Gəncə Dövlət Universitetinin missiyasına kəsilməz və mərhələli təhsil prosesini təşkil etmək, elmi mühiti formalaşdırmaq, intellektual səviyyəli müəllim kadrlarını və elm adamlarını yetişdirmək, bu kadrlarla Azərbaycanın təhsil və elmi müəssisələrini təmin etmək, Azərbaycan mədəniyyəti və incəsənətinin daha da inkişaf etdirilməsi daxildir.
Fikir azadlığı və fikirlərin müxtəlifliyi universitet cəmiyyətinin əsas dəyərlərindən biridir. Tədqiqat və təhsil prosesi birlikdə universitetin nüvəsini təşkil edir. Universitet geniş spektrli fundamental və tətbiqi tədqiqatlardan özündə cəmləşdirir. Avropa tədqiqatlarını özündə yüksək səviyədə bəhrələnmək, təhsil əhatəsini genişləndirmək və yeniləşdirmək Gəncə Dövlət Universitetinin bu günü və gələcəyidir.
Universitiet planlı şəkildə humanitar, təbiyyət və dəqiq elmlər sahəsində aparılan tədqiqatların cəmiyyətdə və praktikada təsirini balanslaşdırır və inkişafına zəmanət verir.

Universitetdə tədqiqat işləri
Elmi inkişaf və qlobal tədqiqat mərkəzləri ilə genişlənən əlaqələr Gəncə Dövlət Universitetində müxtəlif istiqamətlərdə elmi nəticələrin alınmasına imkanlar yaratmışdır. Tədqiqat nailiyyətləri və son illərdə Avropaya inteqrasiya, informasiya kommunikasiya texnologiyası, riyazi elmlər, kimya, biologiya və s. sahələrdə yeni müasir tədqiqat sahələrinin meydana çıxmasına və qlobal elmi dəyişikliklərin yaranmasına imkanlar yaratmışdır. Gəncə Dövlət Universitetində Büküm tənliklər nəzəriyyəsi, Differensial və inteqral operatorlar nəzəriyyəsi sahəsində çox mühüm nəticələr alınmışdır. Büküm tənliklər nəzəriyyəsində büküm tənliklərinin, həmçinin sonlu və sonsuz büküm tənliklər sisteminin həllinin varlığı və yeganəliyi üçün zəruru və kafi şərt teoremləri, büküm opratorları üçün approksimasiya məsələsi, Adamar məsələsi və bir sıra digər məsələlər verilmişdir. İlk dəfə olaraq isbat olunmuşdur ki, analitik funksiyaya büküm tənliyinin həlli kimi baxmaq olar. Analitik funksiyanın bu yeni tərifi Analitik funksiyalar nəzəriyyəsini yeni metodologiya və yeni terminologiya ilə yazmağa imkan verir. Alınan bu mühüm elmi nəticələr bir tərəfdən elektron texnologiyasının, həmçinin kompüter texnikasının, fundamental nəzəri məsələlərinin həllində böyük praktik əhəmiyyətə, həmçinin bir çox riyazi nəzəriyyələrin inkişafında mühüm əhəmiyyətə malikdir.
İkinci mühüm elmi nəticələr ekosferanın və bioloji müxtəlifliyin qorunub saxlanması, biologiya və botanika sahəsində, Azərbaycanın Qərb regionun flora və faunasının tədqiqi sahəsində alınmışdır.
Başqa bir tədqiqat sahəsi Kimya və biokimya sahəsidir. Bu tədqiqat sahəsində də bir çox praktik və nəzəri nəticələr alınmışdır.
Müasir era Azərbaycan Tarixi, fəlsəfəsi, ədəbiyyatı mədəniyyəti və incəsənəti kimi mühüm sahələrin inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu imkanlar Azərbaycanın hüquqi islahatlarına, Azərbaycanda siyasi fikir, siyasi sistemlər və iqtisadi-sosial inkişafa yol açmışdır.
Gəncə dövlət Univeristeti Azərbaycan elminin yenidən qurulmasında mühüm işlər görür. Universitetin alimləri və gənc tədqiqatçıları bir sıra milli və beynəlxalq elmi nailiyyətlər qazanmışlar. Azərbaycan Milli Elmlər Akedemiyasının, Avropa Elmi təşkilatlarının və başqa beynəlxalq təşkilatların alimləri tərəfindən onların naliyyətləri yüksək qiymətləndirilmişdir.

Universitetin beynəlxalq əlaqələri

Son illərdə universitetdə beynəlxalq əlaqələrin ginişlənməsi, xarici ölkələrin təhsil və elmi müəssisələri ilə əməkdaşlığa imkan vermişdir. GDU beynəlxalq əlaqələrin qurulmasına, genişlənməsinə və qabaqcıl dünya təcrübəsindən istifadəsinə çox önəm verir. 1995-ci ildə Gəncə Dövlət Universitetində beynəlxalq əlaqələr şöbəsi yaradılmışdır. Elə bu ildən etibarən GDU Avropa İttifaqının "TEMPUS” təhsil proqramı ilə əlaqə saxlamaq üçün fəal təşəbbüs göstərmişdir. Bu məqsədlə Fransanın Amien şəhərinin Jül Vern adına Prikardiya Universitetinin professor ekspertləri Sarqur Qamçal və Kolet Pikar GDU-nə dəvət olunmuşlar. Onlar professor, müəllim və tələbə heyyəti ilə görüşmüş, tədris laboratiyaları ilə tanış olmuş, fikir mübadiləsi aparmış, tələbə və müəllimlər qarşısında məruzələrlə çıxış etmişlər.
Avropa Birliyinin maliyələşdirdiyi Erasmus-Mundus Proqramı əsasında həyata keçirilən "Tələbə, magistr, aspirant, doktorant hazırlığı, professor və müəllimlərin Avropa Universitetlərində elmi-tədqiqat imkanlarının və nəzəri biliklərinin artırılması layihəsi” çərçivəsində beynəlxalq əlaqələr daha da genişləndirilmişdir. Bu layihə konsorsum üzvləri tərəfindən həyata keçirilir və konsorsumda Hollandiya, Fransa, İtaliya, Portuqaliya, Yunanıstan, Bolqarıstan, Litva, Latviya, Azərbaycan, Gürcüstan universitetləri birləşirlər. Azərbaycan tərəfdən konsorsumda Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və Turizm Universitetləri iştirak edir.
Bundan başqa GDU Türkiyənin Kars Kafkaz Universiteti, Fransa Səfirliyinin Mədəniyyət Şöbəsi, Almaniya Respublikası Səfirliyi, Almanyanın "DAAD” təşkilatı, "Tasis” proqamı üzrə "Avropa dilləri öyrədilməsi mərkəzi”, İngiltərənin Nottingem Trent Universiteti ilə əməkdaşlıq edir.

Universitetdə "Ümumi kimya”, "Qeyri-üzvi kimya”, "Fıziki-kimyəvi analiz”, "Qeyri-üzvi materialşünaslıq”, "Faza tarazlıqlarının termodinamikası” və s. fənnlər üzrə mühazirə və laboratoriya dərsləri aparır.
200 elmi əsərin , o cümlədən 4 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin, 4 patentin müəllifıdir.
2 elmlər namizədi yetişdirmişdir.
Elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fıziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli yarımkeçirici sistemlərin faza tarazlığının və termodinamik xassələrinin qarşılıqlı əlaqələndirilmiş tədqiqi sahəsində sistemli tədqiqatların müəllifidir. 20 ildən artıq bir dövr ərzində mis, gümüş və tallium əsasında onlarla üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemini ətraflı tədqiq etmişdir. Həmin sistemlərdə yanmkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə xarakteri, homogenlik sahələri, kristalloqrafık parametrləri, standart parsial və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir.
Gəncə Dövlət Universitetin uğurları və bu ali təhsil ocağından gözləntilərimiz bununla bitmir. Əlbəttə, bütün bu uğurlar Azərbaycan övladı olaraq hər birimizi sevindirir və gələcəyə olan inamımızı, nikbinliyimizi artırır. Gəncə Dövlət Universitetinin bütün professor-müəllim heyətinə, işçi kollektivinə və tələbələrinə böyük uğurlar arzulayırıq. 


Yusif Məhəmmədoğlu