Həmsədrlər yayda regiona səfər edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri yayda regiona səfər edəcək.

Bu barədə "Atlantic Council” tərəfindən təşkil olunan konfrans zamanı amerikalı həmsədr Riçard Hoqland bildirib.

"Biz növbəti səfərləri münaqişə tərəflərinin paytaxtlarına planlaşdırırıq. Böyük ehtimalla səfər ya iyun, ya da iyulun əvvəlində baş tutacaq”, - deyə amerikalı həmsədr vurğulayıb.

Hoqland vurğulayıb ki, həmsədrlər prezidentlərin tez bir zamanda yenidən görüşməsini istəyir.

azvision.az