"Biletlərin qiymətinin baha olması vətəndaşlarımızı narahat edir" - Deputat

"Təyyarı biletlərin qiymətinin baha olması haqlı olaraq vətəndaşlarımızı narahat edir. Bunu deputat həmkarlarımız da dəfələrlə səsləndirib".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Rzayev deyib.

Deputat bildirib ki, bəzi rayonlarda olan aerodromların uzun illər istifadə olunmaması düşündürücüdür:

"Əhalinin buna böyük ehtiyacı var. Düşünürəm ki, qəbul olunacaq qanun bir çox məsələlərə aydınlıq gətirəcək və çatışmazlıqların aradan qaldırılmasına kömək göstərəcək".