İlham Əliyev İTV-nin baş direktoruna medal verdi

Prezident İlham Əliyev "Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sabahinfo.az-ın məlumatına görə, sərəncamla komandanınüzvləriQasımov Balakişi Ələkbər oğlu vəTalıbov Elman Eldar oğlu"Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Balaş Qasımov həm də İctimai Televiziyanın baş direktorudur.