İlham Əliyev Türkiyəyə səfərə gedib

Azərbaycan prezidenti İlham Əliyev bu gün İstanbulda keçiriləcək 23-cü Dünya Enerji Konfransında iştirak etmək üçün bu şəhərə gəlib.

sabahinfo.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident İham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin olduğu təyyarə saat 14.45 radələrində Atatürk Hava Limanına enib.


Dövlət başçısını İstanbul valisi Vasip Şahin və digər rəsmilər qarşılayıblar.