İlham Zəkiyev Prezidentin fəxri diplomu ilə təltif edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İ.Ə.Zəkiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

sabahinfo.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə İlham Əzizağa oğlu Zəkiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".