İltizam Yusifov Şirvan şəhər Parkında əsaslı yenidənqurma işləri ilə yaxından tanış olub

Millət vəkili İltizam Yusifov Məhəmməd Füzuli adına Şirvan şəhər Parkında əsaslı yenidənqurma işləri ilə yaxından tanış olub. Deputata layihə barəsində ətraflı məlumat verilib. Bildirilib ki, layihəyə uyğun olaraq parkda əlavə müxtəlif ağac və kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, müasir suvarma sisteminin qurulması, uşaq əyləncə və müxtəlif idman qurğularının quraşdırılması, mini-futbol meydançasının tikilməsi, müasir işıqlandırma sistemi, kiçik qayıqların hərəkəti üçün su yollarının qurulması nəzərdə tutulub.
Şirvan şəhərinin abadlaşması və müasirləşməsi istiqamətində lazımi tədbirlər görülür, sosial-infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Parkda həyata keçirilən abadlıq və quruculuq işləri sakinlər tərəfindən də razılıqla qarşılanır.
Hazırda parkda əsaslı yenidənqurma və təmir işləri davam etdirilir.