İltizam Yusifovdan tibb işçilərinə təbrik

Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı qeyd olunur.

Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Ümummilli liderimiz Heydər Əliyevin 4 iyun 2001-ci il sərancamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində uğurla davam etdirir. Son illər tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Qəbul olunmuş dövlət proqramlarının icrası göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, dərmanla təchizatın əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradır. İnsan sağlamlığı bütün dövrlər üçün cəmiyyətin ən qiymətli sərvəti hesab olunur.

Bu gün ölkəmizdə aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Peşə bayramını yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.

Azərbaycanın Səhiyyə işçiləri hazırkı pandemiya dövründə, hər zaman olduğu kimi, əhalimizin sağlamlığı naminə öz vəzifə borclarını layiqincə yerinə yetirməkdədirlər. Əziz tibb işçiləri bu çətin günlərdə sizə dözüm və səbr arzulayıram. Azərbaycandakı bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və çətin və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram!

Allah sizləri qorusun əziz Həkimlərimiz...

İltizam Yusifov 

Milli Məclisin deputatı