Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib

AQSİA-nın təşkilatçılığı, Aze Turizm və Maricel Astara resortun dəstəyi ilə bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib.

Səfər çərçivəsində həkim heyəti Astaranın ucqar dağ kəndi olan Pəlikiş kəndində pasiyentləri qəbul ediblər.

Ginekoloji, pediatrik, dermatoloji və terapevtik xidmət göstərən həkimlər əsasən kəndin qaziləri, şəhid ailəsindən olan vətəndaşlara öz dəstəyini göstərib.

Bölgədə əsasən erkən nigah və qohum evliliklərinin törətdiyi fəsadlar haqda məlumat verən həkimlər həmçinin bildirib ki, bu bölgə ölkə üzrə talassemiyadan ən çox əziyyət çəkən bölgələrdəndir.

BMT-nin Dayanıqlı İnkişaf Məsqədlərinin “sağlamlıq və rifah” bəndinə əsaslanan bu səfər çərçivəsində müayinə və müalicə olunan kənd əhalisi assosiasiaya bu təşəbbüsünə görə təşəkkürünü bildirib.

Qeyd edəki, assosiasiyamız regionda səhiyyənin daha da inkişaf etməsinə və dövlət ilə regionların qarşılıqlı əlaqələrində körpü rolu oynamaqla dəstəyini göstərməyə maraqlıdır.