İran səfiri: Erməni idmançıları Azərbaycanla münasibətlərimizi korlamaq istəyib

"İranda keçirilən idman yarışında erməni idmançının köynəyində qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağının əks olunması İran və Azərbaycan arasında olan yüksək əlaqələri korlamaq məqsədi daşıyırdı”.

sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bunu səlahiyyət müddəti başa çatan İran səfiri Möhsün Pakayin deyib.

Səfir qeyd edib ki, İran dövlətinin məsələyə münasibəti kəskin olub:

"İdman yarışlarının təşkilat komitəsinə ciddi xəbərdarlıq edildi. Gələcəkdə Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaq. Biz qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımırıq”.

Qeyd edək ki, İranda yaşayan ermənilərin idman olimpiadasına Gürcüstan və Ermənistan qonaq kimi dəvət olunub. Ermənistan təmsilçisi olan idmançının geyiminin üzərində uydurma "DQR”-in bayrağı əks olunması Azərbaycanın ciddi narazılığına səbəb olub.