İrəvana bunu etməyə imkan verməyəcəyik - Prezident

Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi dəyişməzdir. Ərazi bütövlüyümüz danışıqlar predmeti deyil.

Sabahinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

"Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi”, - prezident bildirib.