İşdən çıxarılan erməni generala yeni vəzifə verildi

Enriko Apriamov Ermənistanın Fövqəladə hallar nazirinin müavini təyin edilib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Karen Karapetyan əmr imzalayıb.

Xatırladaq ki, Enriko Apriamov dünən prezident Serj Sarkisyanın sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin birinci müavini vəzifəsindən azad olunmuşdu.

Mətbuatda yayılan məlıumatlara görə, onun keçirdiyi qəzadan sonra aldığı xəsarətlər səbəbilə azad edildiyi bildirilirdi. Lakin, onun, Sarkisyanın istefa qərarından sonra hazırda Karapetyan tərəfindən yeni vəzifəyə təyinatı yayılan şayiələrinin doğru olmadığını göstərməklə yanaşı, Sarkisyan-Karapetyan münasibətlərinin də getdikcə kəskinləşməsindən xəbər verir.