İsrail prezidenti İlham Əliyevi təbrik edib

İsrail prezidenti Reuven Rivlin Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə təbrik edib.

 

sabahinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

"Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü günü mənə imkan yaradır ki, İsrail xalqı adından və öz adımdan sizə şəxsi əmin-amanlıq, Azərbaycanın davamlı inkişafı və xalqın rifahı üçün ürəkdən gələn ən xoş arzularımı çatdırım. Zati-aliləri, xahiş edirəm Sizə olan böyük hörmət və səmimiyyətimi qəbul edin”.