İstanbulda beynəlxalq simpozium keçiriləcək

İstanbul Mədəniyyət Universitetində beynəlxalq simpozium keçiriləcək. Azərbaycandan Bakı Avrasiya Universitetinin, Qazaxıstan, Filistin və Makedoniyadan olan insanların qatıldığı tədbirdə mühazirələr türk və ingilis dilində aparılacaq. 

 27-28 İyun 2019-cu il tarixində baş tutacaq simpoziumda Təhsil zamanları arasındakı münasibəti müzakirə ediləcək. İştirakçılara beynəlxalq sertifikat veriləcək. Mövzular: Məktəb dizaynın tarixi inkişafı; Məktəb baxçalarının peysaj dizaynı, Yaxşı örnəklər, Ekoloji məktəblər, Şəhərləşmə və məktəb dizaynı, Gələcəyin məktəbləri, Məktəbin mədəni dizaynı, Məktəb, həyat, məhəllə münasibəti və.s mövzular müzakirə olunacaq. 

 Maraqlanan şəxslər 0509779923 nömrəli telefonla əlaqə saxlaya bilər.