İtaliya səfirliyində matəm: bayraq endirildi

İtaliyanın Azərbaycandakı səfirliyində bayraq bu ölkədə elan olunmuş matəmlə əlaqədar yarıya qədər endirilib.

 

Bu barədə APA-ya İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo bildirib. Diplomat qeyd edib ki, bununla belə, səfirlikdə "xatirə kitabı”nın açılması nəzərdə tutulmur.

 

Qeyd edək ki, avqustun 24-də gecə İtaliyanın mərkəzində 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Latsio vilayətinin Akkumoli şəhərinin yaxınlığına düşüb. Yeraltı təkanlar nəticəsində Latsio, Umbri və Mark vilayətlərində dağıntılar olub.

 

Zəlzələdə ölənlərin sayı 247 nəfər çatıb. Avqustun 24-25-də ölkə ərazisində matam elan olunub.