Lavrov və Eyro Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya XİN məlumat yayıb.

Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Fransanın xarici işlər naziri Jan-Mark Eyro ilə telefon danışığı baş tutub, nazirlər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. 

sabahinfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Rusiya XİN-də qeyd ediblər ki, nazirlər Ukrayna böhranının aradan qaldırılması üçün Minsk razılaşmalarının yerinə yetirilməsi üzrə işin "normand dördlüyü” tərəfindən dəstəklənməsi məsələlərini, eləcə də Dağlıq Qarabağ ünaqişəsinin nizamlanması  məsələsini, iki tərəfli rusiya-fransa əlaqələrinin ayrı-ayrı aspektlərini müzakirə ediblər”.