“Liderlər barışıq niyyətlərini sərgilədilər” - Lavrov

"Son günlər Dağlıq Qarabağın təmas xəttində sakitlik hökm sürür, atəşkəsə əməl olunur”.
 
Bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov bu gün Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin keçirdiyi üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
 
Onun sözlərinə görə, liderlər birgə bəyanatlarında barışıq niyyətləri olduğunu sərgiləyiblər.
 
Lavrov həmçinin qeyd edib ki, insidentin qarşısının alınmasında və araşdırılmasında ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olur.