Meksika prezidenti ABŞ-a səfər etməkdən imtina etdi

Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq  üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib.  

Sabahinfo.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə  Enrike Penya Nyeto "Twitter" səhifəsində bildirib.
 
Buna baxmayaraq, Meksika prezidenti qonşu ölkə ilə dialoqa hazır olduğunu bildirib: "Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bildirir".   
 
Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.
 
"Mexiko divarın tikintisini maliyyələşdirməyəcəksə, yaxşısı budur, Nyeto səfərini ləğv etsin", -deyə Tramp daha sonra bildirib.