Məmmədyarovdan Lavrovu susduran Qarabağ sualı

Azərbaycan Moskva görüşünə təşəbbüs edərək, aydınlaşdırmaq istədi ki, Ermənistan əraziləri qaytarmağa hazırlaşırmı, ruslar İrəvanı razı sala bildimi?!

Publika.azxəbər verir ki, bu barədə erməni ekspert Stepan Qriqoryan aprelin 28-də Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib. Lakin erməni ekspert Ermənistanın niyə görüşə getdiyini dəqiq bilmədiyini qeyd edib.

Onun sözlərinə görə, görüşlə bağlı yayılan rəsmi məlumatlar rəsmi dildir:

"Azərbaycan bilmək istəyirdi ki, ərazilər qaytarılacaqmı və Rusiya bunun üçün Ermənistana təzyiq göstərməyi bacaracaqmı?! Əminəm ki, nazirlər bir-birinin əlini sıxarkən Məmmədyarov Nalbəndyandan soruşub: "Siz əraziləri qaytarmağa hazırlaşırsınız?” Güman ki, Nalbənydan susub. Məmmədyarov daha sonra üzünü Lavrova tutub və soruşub: "Siz qoşunların işğal edilmiş ərazilərdən çıxarılması üçün Ermənistana təsir edə bildinizmi?” Lavrov da güman ki, heç bir cavab verməyib. Problem bizim hakimiyyətin suallar qarşısında susmasıdır. Çünki onlar Rusiyadan asılıdırlar və onun dediklərindən kənara çıxmırlar”.