Məmmədyarovla Nalbandyan görüşməyəcək

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov və erməni həmkarı Edvard Nalbandyan arasında planlaşdırılan görüş olmayacaq.

sabahinfo.az  "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə tert.am-a Ermənistan xarici siyasət idarəsinin mətbuat katibi Tiqran Balayan bildirib.

İyunda gözlənilən görüşün baş tutmayacağını qeyd edən Balayan Nalbandyanın həmin ayda Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini söyləyib.