Məmur qızına mahnı yazan müğənni: "Cəmi 2 min almışam"hı

Xəbər verdiyimiz kimi, Azərbaycanda baş tutan dəbdəbəli toy məclisi böyük səs-küyə səbəb olub.

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin bir neçə ay əvvəl baş tutan toy mərasimi ilə bağlı xəbərlər yayılıb. Xəbərlərdə Qüdrət Şükürovun qızı Aysellə Oktayın toy məclisi üçün 400 min dollar xərcləndiyi bildirilir.

Sabahinfo.az bildirir ki,toyda iştirak edən müğənni Asif Məhərrəmova da 10 min manat verildiyi deyilir.
Azxeber.com-a açıqlama verən gənc müğənni bunun yalan olduğunu deyib." Mən adi toylara getdiyim kimi, bu toyda da iştirakıma görə həmin qonorarı almışam. Toyda iştirak etməyimi isə Aysel özü istəyib. O, mənim fanatım olub. Mənə zəng edərək toyunda iştirak etməyimi istədi. Danışıb-razılaşdıq, beh verdi. Toya gedənə qədər məmur toyuna getdiyimi bilmirdim. Bir müddət keçdikdən sonra oğlan zəng elədi və onlar üçün mahnı yazmağımı istədi. Mahnının sözlərinin əksəriyyəti oğlanın fikirləridir. O fikirlər və sözlər əsasında mahnını yazdım və toylarında bəydən gəlinə hədiyyə ifa olaraq təqdim etdim. Mahnı yazmağıma görə 2 min manat pul almışam"

Qeyd edək ki, toy mərasimi yanvarın 21-də "Böyük Saray"da baş tutub Qüdrət Şükürovun qızı Oktay adlı şəxslə nikah masasına oturub.

Cütlük bal ayını Maldiv adalarında keçirib.

Onu da bildirək ki, Ayselin Bakının mərkəzində "Woman secret" adlı gözəllik salonu var.

Bu, Ayselin ikinci evliliyidir, onun ilk həyat yoldaşı Elşən Əsgərli ad-soyadlı şəxs olub və cütlüyün birgə nikahdan Uğur adlı 1 oğlu var.