Məşhur türk aktyoru həbs oluna bilər

Ədalət və İnkişaf partiyasının deputatı Burxan Quzu aktyor Müjdat Gəzənin həbsini tələb edən qətnamə hazırlayıb.

Modern.az Türkiyə KİV-nə istinadla bildirir ki, B.Quzu sənətçinin şəxsinə həqarət etdiyini iddia edərək 2 il 4 ay müddətinə həbs olunmasını tələb edir.

Qeyd edək ki, cari ilin fevral ayında "Müjdat Gəzən Sənət Mərkəzinə” yönəlmiş "qundaqlama” hadisəsi baş verib. Nəzarət kamerasında naməlum şəxsin benzin bidonu ilə müəssisəyə yaxınlaşaraq, buranı alovlandırdığı görülür.

AK partiyasının deputatı bu hadisədən sonra, tanınmış aktyorun bəzi qəzet və internet saytlarında verdiyi açıqlamalarda şəxsinə həqarət etdiyini, şərəf və ləyaqətinin alçaltdığını əsas gətirərək istintaq başlatmışdı.

Anadolu Respublikası Prokurorluğununun nəzdində hazırlanan qətnamədə, M.Gəzənin "həqarət etmə” cinayətindən 3 aydan 2 il 4 aya kimi həbsi istənir.