Məşhurların fantastik bəxşişləri - Foto

Ulduzların bahalı yaşam tərzi heç kəsə sirr deyil. Onların gecə şənlikləri üçün böyük pullar xərcləməsi də normal qarşılanır. Amma vaxt ödənişə gəlib çatanda ulduzlar özlərini qəribə aparırlar. Bəziləri hesabdan başqa ofisianta da "hörmət edir”, bəziləri isə ümumiyyətlə, heç çox sağ ol da demir.

sabahinfo.Az Publika.az saytına istinadən xəbər verir ki, Madonna, Barbra Streyzad, Qvinet Peltrou xəsisdir, "çay pulu” verəndə əlləri əsir. Şon Pen və Con Travoltanın həyat yoldaşı Kelli Preston kimi məşhurlardan ümumiyyətlə, danışmağa dəyməz. Onlar ciblərindən əlavə bir dollar da çıxardıb verməzlər. Xoşbəxtlikdən, hər kəs belə deyil.

Əliaçıq məşhurların siyahısını sizə təqdim edirik:

Cey Zi - 50 000 dollar

Ən səxavətli ulduzların qeyri-rəsmi reytinqinə Cey Zi başçılıq edir. Bir dəfə repçi "Watch the Throne” adlı albomun çıxışını qeyd etmək üçün dostları ilə birgə Mayaminin ən bahalı gecə klubu "Liv”ə yollanır. Gecə boyu qonaqlarla birgə 250 min dollarlıq içki içən repçi, bu azmış kimi gecənin sonunda ofisianta 50 min dollarlıq "çay pulu” verərək hər kəsi təəccübləndirir.

Paris Hilton - 47 000 dollar

Bir neçə il əvvəl Las-Veqasda yeləşən "Marquee” klubunda rəfiqələri ilə əylənən məşhur 230 min dollarlıq içki qonaqlığından sonra hesabı gətirən ofisianta 47 000 dollar "çay pulu” verib.

Jerar Pike və Şakira - 20 000 avro

Futbolçu Jerar Pike diqqət çəkməyi sevmir. Ailəsi ilə birlikdə İbitsaya gedən futbolçu tətilin sakit keçməsi üçün hər bir şərait yaratmışdı. Ona görə cütlük oteldə qalmaqdan imtina edib, villa kirayələmiş, restorana getməmək üçün isə aşpaz tutmuşdu. Dostlar tərəfindən təklif olunmuş argentinalı aşpaz işinin əsl ustası olub. Onun yeməkləri məşhurların o qədər xoşuna gəlib ki, tətilin sonunda aşpaza 20 min avro əlavə "hörmət ediblər”.

Conni Depp - 4000 dollar

7 il əvvəl Conni Depp işlə bağlı Çikaqoya gələrkən yerli restoranların birində unudulmaz təəssürat buraxıb. Depp dostları ilə birgə həmişə nahar etdiyi "Gibson” steyk restoranının ən dadlı yeməklər hazırladığını deyirdi. Və bir dəfə də restoran aktyor üçün xüsusi olaraq dəniz məhsullarından çox dadlı bir yemək hazırlayır. Yemək Conni Deppin o qədər xoşuna gəlir ki, restorana 4000 dollar "çay pulu” verir.

Bred Pitt - 2000 dollar

3 il əvvəl ad gününü qeyd edən Bred Pitt Anjelina Colini nahara dəvət edir. Almaniyada olan cütlük yerli mətbəxdən o qədər də anlamadıqları üçün suşi-bara gedirlər. Xoşbəxtlikdən yeməklər dadlı, xidmət isə yüksək səviyyədə olur. Lakin sonda gələn 2000 dollar hesab Bred Pitti təəccübləndirib və o, ofisianta bir o qədər də "şirinlik” verib. Səxavətli ofisiant da ona verilən pulu iş yoldaşları ilə arasında bölüşdürüb.

Devid Bekhem - 900 dollar

Los-Ancelesdəki "Joker Daly” barı Bekhemin yoldaşları ilə gəldiyi günü çətin ki, unudar. Həmin gün futbolçular qalib gəldikləri üçün əhvalları çox yaxşı idi. Lakin rejimdə olan futbolçular qələbəni spirtli içki ilə qeyd etməyiblər. Buna görə, 100 dollarlıq hesabın az olduğunu görən Bekhem cibindən 1000 dollar çıxardaraq "qalığı qalsın” deyib. Şoka düşən xanım ofisiant özünü itirərək futbolçunun boynuna sarılıb, ancaq sonradan hərəkətinə görə pərt olub. Devid isə sakitləşdirmək üçün onunla şəkil çəkdirib. Sosial şəbəkədə şəkili paylaşan qız bunları qeyd edib: "İlahi, o, necə də gözəl qoxuyurdu”.

Rassel Krou - 700 dollar

Rassel Krou vətəni Avstraliyada davakar və dələduz kimi tanınır. Qaldığı otellərdə xadimələri incidir, davalar salırdı. Ancaq getdikcə insanlar onu dəyişdiyinin şahidi olmağa başladılar. Belə ki, Uelsin qərbində film çəkilişində olan Krou yerli restorana girəndə hamı onun dava salacağını düşünüb. Lakin hadisələr tam əksinə cərəyan edib. Dostları ilə nahar edəndən sonra 300 dollar hesabı ödəyən məşhur aktyor 800 dollar da "çay pulu” verib. Həmin pulu 10 nəfər arasında bölüşdürməyi də təklif etməyi unutmayıb. Yaranmış vəziyyəti daha da yumşaltmaq üçün sonra Rassel Krou gitarasını çıxardaraq Brayan Adamsın mahnısını ifa edib.

Teylor Svift - 500 dollar

Dostları ilə Filadelfiyaya gələn Svift dostlarıyla birlikdə italyan restoranına yemək yeməyə gedirlər. Burada məlum olur ki, aşpazın oğlu müğənninin fanatı imiş. Əlbəttə, həmin gecə Svift daha mülayim idi. Gecənin sonunda məşhur müğənni 500 dollar "çay pulu” qoyub. Bundan əlavə, Teylor fanatını konsertinə dəvət edib və ona 2 nəfərlik bilet də hədiyyə edib.