Moskva Qarabağ münaqişəsinin həllində digər dövlətlərin iştirakını alqışlayır

Rusiya XİN nümayəndəsəi açıqlama verib.

İstənilən dövlətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rolu alqışlanır.

sabahinfo.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Türkiyənin münaqişənin həllində rolu barədə sualı şərh edərkən deyib.

Onun sözlərinə görə, münaqişənin tənzimlənməsində müxtəlif formatlar var: 

"Bunlar ATƏT-in Minsk qrupu, Azərbaycanla Ermənistanın birbaşa dialoqu və Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin yüksək səviyyədə görüşləridir. Bunlar hərəkətverici mexanizmlərdir, buna görə də istənilən dövlətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rolu alqışlanır”.