Muğlada Cümhuriyyətin yaranma günü qeyri-adi şəkildə qeyd redildi

Dalğıclar dənizin dibində 93 Türkiyə bayrağını sancıblar.

sabahinfo.Az Reporta istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü Muğla bölgəsində qeyri-adi şəkildə qeyd olunub.

"Huriyyet” qəzetinin yaydığı məlumata görə, Muğlanın Fethiye qəsəbəsində işləyən dalğıclar Ege dənizinin dibinə 93 Türkiyə bayrağı sancdılar.

Aksiyada Muğlada fəaliyyət göstərən özəl məktəblərdən birinin 3 tələbəsi də iştirak edib.