Obama cütlüyü Maykl Ceksonun “Thriller”ini oynayıblar

ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama Ağ evdə "Hallowen” bayramı şərəfinə Maykl Ceksonun "Thriller” mahnısına improvizə edilən rəqsi ifa ediblər.

sabahinfo.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.  

"Barak Obama Vaşinqtonda bazar ertəsi tədbir zamanı Maykl Ceksonun "Thriller”in sədaları altında rəqs edərkən cəsur görünməyə çalışırdı”, - "Mashable” yazıb. 

"ABŞ prezidenti, iki uşaq atası "yöndəmsiz” oynamağa çalışdığı halda, onun həyat yoldaşı çox təbii rəqs edirdi”, - nəşr qeyd edib. 

Materialda tədbirin Ağ evdə keçirildiyi və Obamanın qızları Saşa və Maliyanı bundan sonra da bir neçə ay utandıracağı da yazılıb. 

Daha öncə Obamanın Aşer ilə "Hotline Bling” rəqs etdiyi barədə məlumat yayılmışdı.