Oruc tutanlara özəl! Susuzluğun qarşısını alan - RESEPT

Sirr deyil ki, gün ərzində insanın ən böyük ehtiyaclarından biri sudur. Ramazanda bu ehtiyac nə az, nə çox, düz 17 saat məhdudlaşır. Lakin vəziyyəti daha kritik və dözülməz hala gətirməmək üçün bir çox vasitələr var. İmsak və iftarda su balansınızı elə nizamlaya bilərsiniz ki, bu 17 saatda susuzluğun qarşısını ala bilərsiniz. Aile.lent.az türkiyəli dietoloq Eda Akıllının bu barədə məsləhətlərini təqdim edir.

 

Dietoloq ilk növbədə bildirir ki, yemək boşqablarını kiçildin, qidaları yavaş-yavaş və yaxşı çeynəyərək yeyin: "Yağlı, qızartma növləri, ədviyyat tərkibi olan qidalardan qaçın. İmsak və iftar olmaq üzrə 2 ana pay ilə birlikdə iftardan sonra 2 ara pay yeyin. Ara payda südlü şirin, təzə meyvə, kəpəkli çörək, süd, qatığa üstünlük verin”.

 

 

Susuzluğun qarşısını alan qarışım

 

Gündəlik su tələbini qarşılamaq bədənin su itkisinin qarşısını almaq üçün əhəmiyyətli faktordur. Maye ehtiyacını azaltmaq üçün içki seçdikdə ayran, mineral suya üstünlük verin. E.Akıllı oruc tutarkən gün ərzində susuzluğun qarşısını alan nanə qarışımının reseptini də açıqlayıb.

 

  • Bir şüşə mineral su
  • 200 ml su
  • 125 qram yağsız qatıq
  • 200 qram xiyar
  • 3-4 dənə nanə

 

Su, qatıq, xiyar və nanəni doğrayaraq qarışdırın. Üzərinə mineral su əlavə edin və sonra ləzzətlə için. Bu qarışım susuzluğun qarşısını alacaq.

 

Uzun müddət toxluq hissinin təmin edilməsi baxımından imsak yeməyi Ramazanın ən əhəmiyyətli payıdır. Bu yemək payında yumurta, süd, qatıq kimi heyvan mənşəli zülal ehtiva edən qidalar, tam taxıl məhsulları, badam, fındıq, qoz kimi yağlı toxumlar, təzə tərəvəz və meyvələrə üstünlük verilməlidir.

 

E. Akıllının Ramazan ayı üçün təklif etdiyi menyular:

 

MENYU: 1

 

  • 2 dənə yumurta ilə az yağda hazırlanmış qayğanaq/omlet
  • 2 dilim pendir
  • 100 qram təzə meyvə
  • 2 dənə qoz
  • Pomidor, xiyar, göyərti
  • 2 dilim tam taxıllı çörək

 

 

MENYU: 2

 

* 3 dilim pendir ilə tost (yağsız)

* 1 stəkan süd

* 2 çay qaşığı bal/cem/bəhməz

* 5 ədəd az duzlu zeytun

* Pomidor, xiyar, göyərti

 

MENYU: 3

 

* 9 yemək qaşığı qıymalı və kəpəkli makaron

* 1 kasa qatıq

* Salat (yağsız)