Böyük Qələbənin başlanğıcı

Azərbaycan ordusunun sıralarında qəhrəmanlıq və mərdlik keçən oğullar beş il əvvəl , 2016-cı ilin aprelində tariximizə ən şanlı bir səhifəsini yazdılar. Çox qısa bir müddətdə  baş tutan Aprel savaşı nəticəsində  vacib yüksəkliklər işğaldan azad edildi və 2 min hektardan artıq ərazi düşmən tapdağından təmizləndi. Əslində bu qələbənin miqyası təkcə statistik uğurlarla bitmir, bu zəfər xalqımızın mənəvi qələbəsi oldu.

       Bütün dünya ictimaiyyəti başa düşdü ki, Azərbaycan əzəli torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Aprel döyüşləri Böyük Qələbənin başlanğıcı kimi əbədi tarixə düşdü. Bunu 44 günlük Müharibədə Müzəffər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının komandanlığı və rəhbərliyi altında şanlı və qalib Ordumuzun Tarixi Qələbəsi bir daha təsdiq etdi.

 Aprel Zəfəri Azərbaycanın əsgər və zabitlərinin, bütün hərbçilərimizin vətənpərvərliyini nümayiş etdirdi.

 Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.

    Aprel döyüşlərində həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun!

 

 

Səbinə XASAYEVA

Milli Məclisin deputatı