Pan Gi Mun Yəməndə keçirilən hava əməliyyatını pisləyib

BMT baş katibi Pan Gi Mun Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminə hava zərbəsi endirilməsini pisləyib.



sabahinfo.az "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, BMT baş katibi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasını olayla bağlı təcili araşdırma aparmağa çağırıb.



P. G. Mun qeyd edib ki, ilkin məlumatlar hücum aktının Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən həyata keçirildiyini göstərir. BMT baş katibi ölənlərin yaxınlarına başsağlığı verib. P. G. Mun dinc sakinlərə düşünülmüş istənilən hücumun yolverilməz olduğunu vurğulayıb, bütün tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə, dinc sakinləri və infrastrukturu qorumağa çağırıb.



Qeyd edək ki, Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək verir. Sanada yas mərasiminə endirilən aviazərbələr nəticəsində 213 nəfər ölüb.