PKK ilə atışma: - 3 türk hərbçi şəhid oldu

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.

sabahinfo.Az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 3 hərbçi ölüb, 1-i yaralanıb. PKK terrorçularından isə 4-ü zərərsizləşdirilib.

Hazırda dumanlı hava şəraitində atışma qısa fasilələrlə davam edir.