Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 18-də Davosda "Microsoft” şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Tauns-Vitley ilə görüşüb.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.