Prezident oğlunun ovu

ABŞ Prezidenti Donald Trump-ın böyük oğlu və nəvəsinin keçən il Monqolustana ov səfəri ABŞ vergi ödəyicilərinə 75 min dollardan baha başa gəlib. Vaşinqtonda "Məsuliyyət və Etika Tərəfdarları Vətəndaşlar"-ın verdiyi məlumata görə, Donald Trump-ın oğlu Monqolustanda nadir dağ qoyunu ovlayıb, daha sonra ölkə prezidenti ilə görüşüb. Onlar bildirib ki, pulun böyük hissəsi gizli xidmət qorumasına xərclənib. Araşdırmaçıların sözlərinə görə, Trump ailəsi Obamalardan 12 qat çox səyahət ediblər.

Araşdırmaçı qrupun hesabatı Trump ailəsini əvvəlki hakim ailədən əsasən istirahət üçün olmaqla 1000 səfər daha çox etməkdə və bununla da gizli xidmətlərin maliyyələrini tükətməkdə günahlandırıb. Trump-ın oğlu olan kiçik Donald Trump-ın əməkdaşı CNN-ə bildirib ki, ötən avqustda səkkiz günlük səfər, təhlükəsizlik detalları istisna olmaqla, xüsusi olaraq ödənilib.