Prezident Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli "Əmək” ordenini təqdim edib.

Sabahinfo.az xəbər verir ki, Prezident İlham Əliyev müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib