"Bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan
və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanla Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Təbii ki, nəzərlər indi Rusiyanın ikinci paytaxtına
dikilib. Lakin, məlumatlı və təcrübəli insanlar bilir ki, bu görüş də sadəcə sıradan
bir görüş olaraq tarixə keçəcək. Hətta,
Ermənistan Rusiyanın təzyiqi ilə münaqişənin həlli ilə bağlı müsbət açıqlama
versə belə, sözünün arxasından qaçacağı da bizə məlumdur”.
Bunu bu gün gerçəkləşəcək Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədiri Razi Nurullayevg deyib. Sədir bildirib ki, artıq 20 ildən çoxdur ki, onların görmədiyimiz siması qalmayıb. Bilirik ki, Ermənistan torpaqları azad etmək üçün irəli sürdüyü iddialardan bir addım belə geri çəkilməyib. Azərbaycan da bir qarış torpağını mənfur düşmənə vermək niyyətində deyildir:
"Belə olan halda, danışıqlarda müsbət nəticə ola bilərmi? Rusiyanın göstərdiyi səylərə görə, bəlkə də ona təşəkkür
edə bilərik. Amma, bilməmiş deyilik ki, Rusiya Ermənistana lazım olduğu siyasi
təzyiqi göstərmir. Buna görə də Ermənistan danışıqlardan danışıqlara gedir və
münaqişənin ömrünü uzadır.
Azərbaycan tərəfi
olaraq, biz də çətin durumdayıq. Rusiya ilə münaqişəyə getmək bizə sərf etmir. Rusiyanın
da rizası olmadan Ermənistanı cəzalandıra bilmirik. Qərb isə diplomatiyaya və
sülh danışıqlarına üstünlük verdiyini deyir. Biz də bunu istəyirik. Amma, müəyyən
tarixə qədər. İstər Rusiya olsun, istər Qərb, Azərbaycan danışıqlar üçün son
tarixi müəyyən etməsə və bu tarixdən sonra sülh danışıqlarına son verərək məsuliyyəti
Minsk Qrupu hməmsədr və üzv ölkələrinin üzərinə qoymasa münaqişənin həllində
dönüşə nail ola bilmərik.
Bəli, Azərbaycan
Ermənistanla sülh danışıqlarının son tarixini müəyyən etməli. Prezident xalqdan
gücünü alaraq danışıqlara və ya müharibəyə getməli. Bunun ən optimal yolu Vahid
Qərar Şurasıdır. Bəli, Vahid Qərar Şurası o məkandır ki, Prezident və hökumət
bu qurumdan gücünü alaraq danışıqlarda və münaqişənin həllində dönüşə nail ola
bilər”.