Putin: Yerevanda Qarabağla bağlı kompromislər müzakirə olunub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri qurumun oktyabrın 14-də Yerevanda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

sabahinfo.Az-ın APA-ya istinadən istinadən verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib.

V.Putin deyib ki, liderlər münaqişə ilə bağlı kompromis tapılmasının zəruriliyi kontekstində müzakirə aparıblar: 

"KTMT xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən Yerevanda Qarabağ problemini müzakirə etdik”.