Ramil Usubov məşhur generalın qohumunu işdən çıxardı - YENİ RƏİS TƏYİNATI

Binəqədi rayon 4-cü polis bölməsinin rəisi Etibar Balakişiyev Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad olunub.

Bakupost.az-ın məlumatına görə, onun yerinə Nəsimi rayon 20-ci polis bölməsinin rəisi Rahib Mirzəyev təyin edilib.

Qeyd edək ki, işdən azad olunanEtibar Balakişiyevuzun illər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi işləmişmərhum general Rasim Musayevin yaxın qohumudur.
Onu da bildirək ki, E.Balakişiyevin yerinə rəis təyin edilənRahib Mirzəyevdə başqa bir generalın qohumudur. R.MirzəyevDaxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi,polis general-mayoru Sahib Mirzəyevin doğma qardaşıdır.O, ötən ilin oktyabrında 19-cu polis bölməsindən 20-ci polis bölməsinə rəis göndərilmişdi.