Rektor özünə lüks avtomobil aldı - QİYMƏT - FOTO - YENİLƏNİB

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.

Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.

Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir. N.Əliyeva bu maşını keçmiş sahibindən 2018-ci ilin sonunda alıb.

Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N. Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.
Avtomobilin fotosunu təqdim edirik:
**
Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev mövzu ilə bağlı Bakupost.az-a bildirib ki, N.Əliyeva bəhs edilən avtomobili rektor təyin edilməmişdən əvvəl alıb: "Bunu yeni avtomobil kimi təqdim eləmək doğru deyil. O maşın Nurlana xanımda rektorluqdan əvvəl olub".