Britaniyada 18 qadın nəzarətçi məhbuslarla intim münasibətdə olub

Son bir neçə il ərzində Britaniyanın Bervin həbsxanasının 18 əməkdaşı məhbuslarla cinsi əlaqədə olduqları üçün işdən çıxarılıb.

İngiltərə Ədliyyə Nazirliyinin məlumatına görə, 2019-cu ildən bəri Uels və İngiltərədəki islah müəssisələrindən məhbuslarla yaxın münasibət quran 31 əməkdaş işdən çıxarıb.

Bildirilib ki, çox vaxt belə pozuntular Böyük Britaniyada ən böyük sayılan Bervin həbsxanasında qeydə alınıb.

Britaniya Həbsxanalar İttifaqının rəhbəri Mark Fairharst bildirib ki, həbsxanalar çox vaxt “yanlış qadınları” işə götürür.

Qeyd edək ki, Bervin həbsxanası məhbuslar üçün yaradılmış rahat şəraitlə tanınır. Hər kamerada ayrıca tualet var, pəncərələrdə barmaqlıqlar yoxdur, televizora baxmaq, telefon və noutbuklardan istifadə etmək mümkündür.