Brüssel görüşü Azərbaycanın dünya dövlətləri sırsında nüfuzunun səviyyəsinin göstəricisidir

Son illərin siyasi qarşıdurmaları da, bu qarşıdurmaların bəzilərinin müharibə ilə nticələnməsi də, müharibədən sonra dövlətlərarası əlaqələrdə yaranan münasibətlər də bu və ya digər dövlətin xarici siyasətinə təsir göstərib. Ermənistanın Azərbaycandan torpaq iddiası, bu iddianın davamı kimi başlayan elan edilməyən müharibə, Azərbaycan dövlətinin münaqişəni sülh yolu ilə həll etmək istəyi, Ermənistanın danışıqlardan yayınması, regionda status-kvonu saxlamaq niyyəti dünya dövlətlərinə yaxşı məlumdur. Dünyanın aparıcı dövlətlərinə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücim kimi başlayıb Vətən mü¬haribəsi kimi davam edən döyüşlər də  yaxşı məlumdur. Azərbaycan Ordusu bu döyüşlərdə böyük Zəfər qazandı. Bu Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici dövlətlərə səfrələri də zəfər ovqatlı səfərlər olub. Dövlətlər qalib dövlətin müzəffər sərkərdəsi ilə müxtəlif məsələləri səmimiyyətlə müzakirə ediblər.
 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyein Brüsselə rəsmi səfəri, səfər çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri, əldə olunmuş nəticələr Azərbaycan diplomatiyasının, Azərbaycanın dövlət başçısının dünyada böyük nüfuza malik olduğunun təsdiqidir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məntiqli, arqumentli çıxışı həmişə ol¬du¬ğu kimi indi də nəticəsini göstərdi. Danışıqlar Azərbaycan diplomatiyasının qadirliyi kimi tarixləşdi. İlk üçtərəfli belə görüşdə -  2021-ci ilin dekabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şari Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulmuşdu. Belə görüşlər həmişə da¬vamlı sülhə zəmanət kimi qəbul edilir. İndiki görüş də bu xarakterli idi. Proseslərin davamı və inkişafı münasibətlərin bəşəri xarakteri ilə səciyyəvidir: tərəflər arasında intensiv təmaslar, telefon danışıqları olub.

Bu görüş Azərbaycanın xarici siyasətində yaddaqalan görüş kimi tarixləşdi. Belə ki, görüşdə ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində mühüm qərar qəbul edildi. Aprelin 6-da keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermə¬nistan Xarici İşlər Nazirliklərinə müvafiq təlimatlar verilib. Azərbaycanın irəli sürdüyü 5(beş) maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılması sülh razılaşmasının əsas komponentidır. Bu sənədin tarixi (və siyasi!) dəyəri onun Azərbaycanın ərzi bütövlüyünü əhatələməsidir...

Başa çatan, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsindən sonra ən həssas məsələ sərhəd məsələsidir. Azərbaycanla Ermənistanın sərhəd məsələləri üzrə birgə komissiya yaratması, ilk olaraq sərhədlərin delimitasiya prosesinə başlanılması ilə bağlı razılıq əldə olunub. Bu razılıq, özlüyündə işğalçı dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanıması istiqamətində siyasi razılıqdır.

İşğaldan azad olunmuş  ərazilərin minalardan təmizlənməsi,itkin düşmüş şəxslərin tapılmasıvə quruculuq işlərində Avropa İttifaqı  tərəfindən Azərbaycana dəstək göstərilməs də  görüşün ölkəmiz üçün olduqca uğurlu keçməsinin bariz nümunələrindən biri kimi hesab edilməlidir.

Görüşdə infrastruktur layihələr müstəvisində əməkdaşlıq heç şübhəsiz nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılmasına,dəmir yolu və avtomobil yolunun çəkilməsinə böyük inam yaradıb. Bu məqsədlə Məşvərət Şurası mexanizminin yaradılmasının qərara alınması təqdirəlayiq hal kimi yüksək qiymətləndirilməlidir.
Brüsseldə imzalanan sənəd azərbaycançılığın qalibiyyətini şərtləndirən sənəddir. Belə ki, bu sənəddə “Dağlıq Qarabağ” ifadəsi, fəaliyyətsiz fəaliyyəti başa çatmış ATƏT-in Minsk Qrupu həmsədrlik insti¬tu¬tuna istinad yoxdur. Bu fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır.

Bu görüş həm də səmərəli və konstruktiv əməkdaşlığın təzahürüdür.  Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermə¬nis¬tan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir.
 

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini birmənalı şəkildə  qəbul edir. Avropa İttifaqının Azərbaycan Respubikasının Prezidenti Cənab İlham Əliyevlə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoqlar, telefon danışıqları Azər¬baycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dünyəvi (və bəşəri!) nüfuzunun göstəricisidir.
Brüssel görüşü Azərbaycanın dünya dövlətləri sıarsında nüfuzunun səviyyəsinin göstəricisidir...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı