Brüssel səfəri yeni uğurdur

Cənab Prezident İlham Əliyevin Brüssel səfəri bir sıra məqamlarla yadda qaldı. Diplomatik uğur gətirən görüşdə üstünlük qalib sərkərdənin idi. Bunu əsaslandıracaq bir neçə məqamları diqqətinizə çatdırmaq istəyirəm.  Bu hadisələrdən ən önəmlisi Ermənistan tərəfinin Zəngəzur dəhlizinə rəsmən razılıq verməsi olub. Belə ki, Ermənistan tərəfi dəmir yolla bağlı üzərinə düşən öhdəliyi təstiq edib və tezliklə icrasına başlanılacagına təminat verib. Bu isə onu deməyə əsas verir ki, Zərgəzur dəhlizi yaxın zamanlarda açılacaq. Bu dəhlizin açıqlması isə regionda yeni ab-havanın, inkişafın formalaşması ilə yanaşı quru yolu ilə Naxçıvana gediş-gəlişimizi asanlaşdıracaq. 

Digər önəmli hadisə isə Qarabağın statusu ilə bağlıdır.Prezident İlham Əliyev Qarabağın status məsələsinə bir dəfəlik nöqtə qoyub. Bildirib ki, Qarabağın status məsələsi bir daha müzakirə edilə bilməz: "Biz qalibik siz bununla razılaşmalısız və reallıqla barışmalısınız".
Həmişəki kimi Cənab Prezident öz hümanistliyini göstərərək bildirib ki, Azərbaycanın mövqeyi bəllidir. Biz sülh istəyirik.

Daha bir yadda qalan məqam isə Prezident İlham Əliyevin Ermənistan qarşısında  daha bir şərt qoyması olub.
Əgər Ermənistan sözünün üstündə durmasa Azərbaycan Laçın dəhlizində gömrük postları quracaq. İlham Əliyevin bu açıqlaması Ermənistanda daxili problemlərə yol açıb, etirazlara səbəb olub. Görsənən odur ki,onlar hələ çox etirazlar edecəklər....

Sonda bildirmək istəyirəm ki,bizim dünyaya nümunə olacaq Prezidentimiz böyük  əzmi və uzaqgörən siyasəti nəticəsində Azərbaycanı daha gözəl, işıqlı gələcəyə aparacaq, Azərbaycanın gücünü daim dünyaya göstərəcək.

Biz buna xalq olaraq inanırıq!

 

LEYLA ALLAHVERDİYEVA