Saakaşvilinin partiyası Gürcüstanda seçkilərin ikinci mərhələsində məğlub olub

Gürcüstanda parlament seçkilərinin ikinci turunda 50 birmandatlı seçki dairəsinin 48-də "Gürcü arzusu” partiyası qalib gəlib, beləliklə də konstitusiya çoxluğunu ələ etmək üçün lazımi səs toplayıb. 

sabahinfo.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

Gürcüstan MSK-nın məlumatına görə, iki seçki dairəsində müstəqil namizədlər, qalan 48 seçki dairəsində isə "Gürcü arzusu” partiyasının namizədləri qələbə qazanıb.

Bununla yanaşı, Mixail Saakaşvilinin "Vahid milli hərəkat” partiyasından olan namizədlər heç bir seçki dairəsində qələbə qazanmayıblar.