Sarkisyan Amerikaya gedir

Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 9-də ABŞ-da işgüzar səfərə gedəcək. 
Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat dərc edilib.

Məlumata görə, o, oktyabrın 10-da Nyu-Yorkda başlayacaq "Ermənistan" adlı investisiya forumunda iştirak edəcək.

 Dövlət başçısının mətbuat xidmətindən bildiriblər ki, foruma beynəlxalq maliyyə qurumlarının nümayəndələri, qabaqcıl şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələri üzrə təmsilçiləri çağırılıb, ekspertlər və təxminən 100 beynəlxalq investor dəvət olunub.

  Səfər çərçivəsində Ermənistan prezidentinin ikitərəfli görüşləri planlaşdırılıb.