Sarkisyan müharibəyə hazırlaşır

Serj Sarkisyanın Sankt-Peterburq görüşündən sonra dərhal Qarabağa getməsi və işğalçı Ermənistan ordusunun təmsilçiləri ilə görüşməsi erməni ictimaiyyətində fərqli rəylərə səbəb olub.

sabahinfo.az anspress-ə istinadən xəbər verir ki, əksər erməni şərhçilər bunu Ermənistanın qətiyyəti  və Serj Sarkisyanın 1 metr belə geri çəkilmək niyyətində olmadığı kimi dəyərləndirsə də, bizə şərhçilər səfəri torpaqları geri qaytarmaq üzrə ilk addım kimi dəyərləndirib.

Bu cür fikirləşən şəhçilərdən biri İqor Muradyan bu gün dərc edilmiş məqaləsində bildirir ki, Ermənistanın işğal etdiyi torpaqları qaytarmaqdan başqa yolu yoxdur:

"Uzun illər ərzində ardıcıl olaraq Qarağbağın qaytarılması planını müzakirə etdikdən sonra onu qaytarmamaq qeyri-mümkündür. Müasir dünyada bu, mümkün deyil".
İqor Muradyan Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının təmsilçisi Ermine Naqdalyanın Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana məxsus olması  və nə vaxtsa qaytarılcağı barədə səsləndirdiyi ifadəni də xatırladıb:

"Ermənistanın indiki və keçmiş hakimiyyəti dəfələrlə xatırladıblar aran Qarabağının torpaqları  bizə məxsus deyil. Görünür, əraziləri qaytarmaq üçün daha əlverişli vəziyyətin təqdim olunmasını gözləyiblər. Ermənistan hakimiyyətinin bizə məxsus olmayan torpaqları geri qaytarmaq istəyib-istəməməsi ilə bağlı sual artıq qapanıb".

İqor Muradyan Ermənistanın işğal etdiyi əraziləri əlində saxlamağa qadir olmadığını vurğulayıb: "İrəvan kontoru (Ermənistan hakimiyyəti - red.) artıq Qarabağı əlində saxlaya bilmir. Amma hətta saxlaya bilirsə belə, Ermənistan strategiyanı kardinal şəkildə dəyşməsə, mövcudluğunu qoruya bilməyəcək. Təəssüf ki, hər şeyi 2016-cı ilin yazının əvvəlinə kimi etmək mümkün idi. Müharibə sadəcə uduzulmayıb, həm də tarixən uduzulub".

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu  müsahibəsində İqor Muradyan kimi müxalifət yönümlü erməni şərhçilərin bu cür fikirləri əslində Azərbaycan xalqını arxayın salmaq məqsədi daşıyır:
"Bizim bəzi mətbuat orqanları da gah 5 rayonun, gah da 7 rayonun qaytarılması barədə reallıqdan uzaq xəbərlər uydurmaqla erməni siyasətinə xidmət edirlər.  Qarabağ məsələsində Ermənistanda həm hakimiyyət təmsilçilərinin, həm də müxalifətin mövqeyi eynidir. Onlar işğal etdikləri ərazilərdən bir metr də geri çəkilmək istəmirlər.  Daimi vaxtı uzadaraq status-kvonu saxlamaq istəyirlər. Yəni heç bir Ermənistan prezidenti orduya geri çəkil əmri verməz. Onların müxtəlif danışıqlarda iştirakı sadəcə vaxtı uzatmaqla bağlıdır".

Elxan Şahinoğlunun fikrincə, Serj Sarkisyanın Sankt-Peterburq səfərindən sonra dərhal Dağlıq Qarabağa getməsi Ermənistan ordusuna ürək-dirək verməkdən başqa bir şey deyil: "Yəni başa salmaq istəyir ki, qorxmayın, güclüyük, bu ərazilərdən geri çəkilmək fikrimiz də yoxdur".

Erməni mətbuatının Serj Sarkisyanın Qarabağa səfəri barədə təqdim etdiyi video çarxa Lələtəpənin uzaqdan görüntülərinin əlavə edilməsinin də videomontaj işi olduğu açıqca görünür. Videodan görünür ki, Serj Sarkisyan əhalinin yaşadığı hansısa yaşayış məntəqəsinin yaxınlığında hərbçilərlə söhbət edir. Operator maksimum çalışaraq ordakı rus hərbçiləri gizlətməyə çalışır. Sarkisyanın səsinin verilməməsi ilə bu məqsədə xidmət edir. Video, əslində, aprel döyüşlərindən sonra sarsılmış Ermənistan ordusunun döyüş ruhunu artırmağa xidmət edir. Bunu son günlərdə erməni mətbuatının ən müxalifət yönümlü təmsilçilərinin yanaşmasından da görmək olur. Hamısı Rusiyadan Qarabağ çox dəqiq hərbi texnikalar gətirilməsi barədə materillar dərc etməyə başlayıblar.
Bütün bunlar göstərir ki, Ermənistanın danışıqlar yolu ilə hansısa rayonu boşaltmaq fikri yoxdur. İrəvanın mövqeyi  Azərbaycan üçün yalnız bir yol qoyur: ildırım sürətli müharibə ilə işğal edilmiş ərazilərin ən azı 60 faizi azad edilməlidir. Azərbaycan ordusu bir həmlə ilə şimaldan Sərsəng və Kəlbəcər rayonlarını, cənubdan isə Zəngilən və Cəbrayıl rayonlarını işğaldan azad etməlidir.  Həmçin Ağdam-Xocalı zonası geri qaytarılmalıdır.

Erməni general Arkadi Ter-Tadevosyanın dediklərindən belə anlaşılır ki, aprel döyüşləri zamanı iki strateci yüksəkliyin - Lələtəpənin və Talış yüksəkliyinin ələ  keçirilməsi  buna imkan verir. Hərbi gücümüz buna imkan verir və Azərbaycan ordusunun bu addımı Ermənmstan rəhbərliyinin  də imza atdığı Madrid prinsiplərinə uyğun gəlir.  Hər halda, Madrid prinsipləri birinci mərhələdə 5 rayonun azad edilməsini nəzərdə tutur. Nə fərqi var - Ermənistan ordusu özü getsin və ya getməyə məcbur edilsin. Azərbaycan bu qətiyyəti göstərməsə hələ uzun müddət status-kvonun  ləğv edilməsi barədə danışıqlar aparmalı olacaq.