Şəbnəm Tovuzlunun açıq-saçıq fotolarını Təranə Qumral yayıb?

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlunun keçmiş əri ilə açıq-saçıq fotoları yayılıb.

Sabahinfo.az axşam.az-a istinadən bildirir ki,şəkillərin yayılmasında müğənniTəranə Qumralın adı hallanıb.

Bir müddət əvvəl Şəbnəmlə bağlı "Onun məndə bir qəzetlik açıq fotoları var. Əsəblərimlə oynamasın, hamısını yayaram" sözlərini deyən Təranə məsələyə münasibət bildirib:

"Şəbnəmin yataqda fotolarını mən yaymamışam. Allahdan qorxuram. Yayası olsaydım, ailəsi ilə birgə fotolarını yayardım. Həqiqətən xəbərsizəm. Şəbnəmin qızı var. Ona görə nə qədər əsəbləşsəm də, yenə də fotolarını yaymadım. Şəbnəm məndən şübhələnməz, versin məhkəməyə, görsün kim yayıb. Mən özümə arxayınam. Hətta Şəbnəmə kömək edərəm, tapaq görək kim edib bu işi. Sadəcə, bu işin mənim boynumda qalması üçün belə bir hərəkət ediblər. Şəbnəmə kömək edəcəm, Təranə hər zaman sözünün arxasındadır. Düzdür, mən demişdim ki, onun məndə bir qəzetlik fotoları var, amma yayım işi mənlik deyil. Yaysaydım, heç vaxt inkar etməzdim. Allah kim edibsə onun bəlasını verəcək".

Qeyd edək ki, Ş.Tovuzlunun açıq-saçıq şəkillərini mediafax saytı yaymışdı.

Şəbnəm açıqlamasında fotodakı şəxsin onun keçmiş əri olduğunu deyib.