Sədrlik Rusiyaya keçir

MDB-də sədrlik 2017-ci il yanvarın 1-dən Rusiyaya keçəcək.

sabahinfo.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Birlik ölkələrinin Hökumət Başçıları Şurasının Minskdə keçirillən iclasının yekunları üzrə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

O qeyd edib ki, RF yanvarın 1-dən sədrliyi qəbul edir: "Bu gün nümayəndə heyətlərinin üzvləri Rusiya nümayəndələrinə və RF hökumət başçısı Dmitri Medvedevə uğurlar arzulayıblar".

Qeyd edək ki, 2016-cı ildə MDB-də Qırğızıstan sədrlik edir.