Səmraya səs verən erməni münsifə qarşı - Kampaniya başladı

"Eurovision- 2016"nın Ermənistan üzrə münsiflər heyətinin verdiyi səslər qalmaqala səbəb olub.

Yarışmanın final mərhələsində erməni jürilərin Azərbaycan təmsilçisi Səmra Rəhimliyə verdiyi ballar "Eurovision" fan səhifələrində müzakirə mövzusuna çevirilib.

Hayko, DJ Delo, Naira Qurjinyan, Erik Karapetyan və Miqayel Voskanyanın yekdil qərarı ilə ən yüksək bal Fransa təmsilçisi Amirə verilib.

Ən sonuncu sırada isə Azərbaycan təmsilçisi Səmra Rəhimli göstərilib.

Münsiflər heyətinin üzvi, müğənni Erik Karapetyan isə həmkarlarının qərarına qarşı çıxaraq S.Rəhimlini 6 pillə önə çəkib.

"Eurovision"un rəsmi saytında isə sözügedən xallar dərc edilib, erməni müğənni Səmranın çıxışını 19-cu sıraya laiq görüb.

Karapetyanın bu addımı erməni xalqının xoşuna gəlməyib. Sosial şəbəkələrdə müğənni əleyhinə kampaniyalara start verilib, dövlətin əleyhinə addım atdığı iddia edilib (sabahinfo.az)