Sergey Lavrov Azərbaycana gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana səfərə gələcək.

Trend-in məlumatına görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı məlumat verib.

Nazir səfəri zamanı ikitərəfli əlaqələri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.